Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq

Cəmiyyət Xəbər 7 Oktyabr 2026 21:18 (UTC +04:00)
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Bakının Sabunçu rayonunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, təmir işlərinə oktyabrın 8-də saat 20:00-dan etibarən başlanılacaq.

İşlər Sabunçu rayonunda Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsində aparılacaq.

Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən qeyd olunan hissədə sıxlıq yaranmasın deyə əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti