Rubio və Heqset hərbi komplekslərə köçüblər - KİV

Dünya xəbərləri Xəbər 28 Noyabr 2026 11:52 (UTC +04:00)
Rubio və Heqset hərbi komplekslərə köçüblər - KİV
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tramp administrasiyasının bir sıra üzvləri təhdidlər səbəbindən mühafizə olunan hərbi komplekslərə köçüblər.

CNN-in məlumatına görə, onların arasında ABŞ dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset, maliyyə naziri Skott Bessent, baş prokuror Todd Blanş və Ağ Ev administrasiyasının rəhbəri Stiven Miller də var.

Telekanalın məlumatına görə, buna səbəb İran tərəfindən, eləcə də ABŞ daxilindəki təhdidlərdir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsi vəzifəli şəxslərin dövlət büdcəsi hesabına hərbi komplekslərə köçməsinə səbəb olan təhdidlər barədə Pentaqondan hesabat təqdim etməsini tələb edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti