Bakı. Trend:
Avropalı diplomatlardan biri Fransa Prezidenti Emmanuel Makronu Avropa İttifaqının uzunmüddətli büdcəsinin Fransada prezident seçkilərinədək razılaşdırılmasında israr etdiyinə görə “cənab Şantaj” adlandırıb.
Bu barədə “Politico” məlumat yayıb. Nəşr Fransa prezident seçkilərinin favoriti kimi Marin Le Peni göstərib.
“Bura gəlib öz ölkəndəki seçkilər naminə danışıqları girov götürmək olduqca qəbuledilməzdir”, – adının açıqlanmasını istəməyən diplomat bildirib.
Nəşrin yazdığına görə, texniki baxımdan Aİ-nin uzunmüddətli büdcəni qəbul etmək üçün hələ bir ili var. Makron isə danışıqların 2027-ci ilə təxirə salınmasını “demokratik baxımdan yolverilməz” hesab edir. Onun fikrincə, bu halda danışıqlar seçkilərə çox yaxın vaxta təsadüf edəcək.
Bəzi Avropa liderləri Makronun mövqeyi ilə razılaşmırlar.
Xatırladaq ki, Fransada prezident seçkiləri gələn il keçiriləcək.
