Londonda metro maşinistlərinin tətili başlayıb

Dünya xəbərləri Xəbər 26 Noyabr 2026 20:16 (UTC +04:00)
Londonda metro maşinistlərinin tətili başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İngiltərənin paytaxtı Londonda metro maşinistlərinin tətili başlayıb.

TASS-ın məlumatına görə, bu, 2027-ci ilin fevralınadək keçirilməsi planlaşdırılan 24 saatlıq səkkiz tətil aksiyasından birincisidir.

Londonda ictimai nəqliyyatın fəaliyyətinə cavabdeh olan "Transport for London" (TfL) təşkilatının saytında yer alan məlumata görə, Dairəvi xətt (Circle line) üzrə qatarların hərəkəti tamamilə dayandırılıb.

Saat 12:00-da (Bakı vaxtı ilə 16:00) Pikadilli və Vaterloo-Siti xətlərində də qatarların hərəkətinin dayandırılması nəzərdə tutulsa da, hələlik bu xətlər fəaliyyət göstərir. Digər xətlərdə qatarlar hərəkət edir, lakin fasilələrin yaranacağı və vaqonlarda sıxlığın artacağı gözlənilir.

Dekabr və yanvar aylarında daha iki, fevralda isə üç tətil aksiyasının keçirilməsi planlaşdırılır. Aksiyalar Dəmir Yolu, Dəniz və Nəqliyyat İşçiləri Həmkarlar İttifaqı (RMT) tərəfindən təşkil olunub. İttifaq iş günlərinin sayının dördə endirilməsini, lakin iş qrafikinin daha intensiv olmasını nəzərdə tutan təklifə qarşı çıxır. Sonradan metro rəhbərliyi maşinistlərə hazırda çalışdıqları depoda qalacaqlarına zəmanət verilməklə, beşgünlük iş qrafikini saxlamaq imkanı da təklif edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti