Bakıda ilk Azərbaycan-Almaniya logistika forumu keçiriləcək - (ÖZƏL)

İqtisadiyyat Xəbər 26 Noyabr 2026 17:35 (UTC +04:00)
Bakıda ilk Azərbaycan-Almaniya logistika forumu keçiriləcək - (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Almaniya Federal Logistika İttifaqı (BVL) gələn il Bakıda ilk Azərbaycan-Almaniya Nəqliyyat Logistikası Forumunu keçirməyi planlaşdırır.

Bu barədə BVL-in sədri Stefan Mirko Novak Bakıda keçirilən 2026-cı il Ümumdünya Dayanıqlı Nəqliyyat Gününə həsr olunmuş Forum çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, birgə tədbirlərin təşkili imzalanmış anlaşma memorandumunun çərçivəsində BVL-in azərbaycanlı tərəfdaşlarla əməkdaşlığının əsas istiqamətlərindən biri olacaq.

“Gələn il burada, Bakıda ilk Azərbaycan-Almaniya Nəqliyyat Logistikası Forumunu keçirmək istəyirik. May ayında Almatıda təşkil etdiyimiz forum da bu formatda idi. Bu, əlaqələrin qurulması və işgüzar münasibətlərin inkişaf etdirilməsi üçün platforma olacaq. Bundan sonra isə növbəti addımlara keçə biləcəyik”, – deyə o bildirib.

Stefan Mirko Novak əlavə edib ki, əməkdaşlıq çərçivəsində təhsil proqramlarının, ustad dərslərinin və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur.

Onun sözlərinə görə, BVL-in Bremen şəhərində öz logistika məktəbi fəaliyyət göstərir və həmin məktəbin bazasında azərbaycanlı mütəxəssislər üçün təlim tədbirləri təşkil edilə bilər.

Novak vurğulayıb ki, memorandum təşkilatlar arasında qarşılıqlı fəaliyyət üçün zəmin yaradır, onlara birgə tədbirlər keçirməyə və peşəkar əlaqələri inkişaf etdirməyə imkan verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti