Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq

Cəmiyyət Xəbər 26 Noyabr 2026 15:25 (UTC +04:00)
Xırdalan və Masazırın bəzi ərazilərində qaz olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 27-də Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, sabah saat 09:00-dan Xırdalan şəhərinin bir hissəsində, Kənd Xırdalanda və Masazır qəsəbəsinin Cantəpə yaşayış ərazisində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Fasilə “Qaz İxrac” İdarəsinin aparacağı təmir-quraşdırma işləri ilə əlaqədardır. Qaz təchizatı işlər başa çatdıqdan sonra bərpa olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti