ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı konsepsiya hazırlayıb

Dünya xəbərləri Xəbər 26 Noyabr 2026 02:52 (UTC +04:00)
ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı konsepsiya hazırlayıb

Bakı. Trend:

ABŞ Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair öz konsepsiyasını hazırlayıb.

Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi və kürəkəni Cared Kuşner Axel Springer media konserninin rəhbəri Matias Döpfnerin podkastında danışıb.

Onun sözlərinə görə, son iki ay ərzində Avropa tərəfi ilə intensiv əməkdaşlıq aparılıb, sülhə nail olmaq üçün ortaq mövqenin müəyyənləşdirilməsi və müvafiq çərçivənin hazırlanması istiqamətində müzakirələr keçirilib.

Kuşner Rusiya tərəfi ilə də müxtəlif təkliflərin dəfələrlə qapalı şəkildə müzakirə olunduğunu bildirib.

"Fikrimcə, artıq münaqişənin nizamlanmasına dair konsepsiyamız və yanaşmamız formalaşıb. Bunun uğurlu olub-olmayacağını deyə bilmərəm, lakin kifayət qədər məntiqli görünür. Görünən odur ki, hazırda hər iki tərəf bu yanaşmanı sınaqdan keçirməyə hazırdır. Ümid edirəm ki, qarşıdakı bir neçə həftə ərzində hədəfimizə nə dərəcədə yaxınlaşdığımız aydın olacaq", – deyə o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna, Rusiya, ABŞ və Avropa nümayəndələrinin iştirakı ilə işçi görüşün Milad bayramına qədər baş tuta biləcəyi barədə məlumat yayılmışdı.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov jurnalistlərə açıqlamasında Moskvanın noyabrın 10-11-də Əbu-Dabidə keçirilən formatda danışıqları davam etdirməyə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti