Böyük Britaniya Ukrayna istehsalı olan zərbə dronlarının istehsalına başlayacaq

Dünya xəbərləri Xəbər 25 Noyabr 2026 07:24 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya və Ukrayna Krallığın ərazisində Ukrayna istehsalı olan zərbə dronlarının istehsalına dair saziş imzalayıblar.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatları Ukraynanın ehtiyaclarını qarşılamaq məqsədilə Böyük Britaniyada istehsal olunacaq.

Qeyd olunub ki, saziş istehsal güclərinin genişləndirilməsinə, təchizat zəncirlərinin gücləndirilməsinə və iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti