Azərbaycanlı prodüserinin ölümü ilə bağlı yeni detallar üzə çıxıb

Gündəm Xəbər 24 Noyabr 2026 11:44 (UTC +04:00)
Azərbaycanlı prodüserinin ölümü ilə bağlı yeni detallar üzə çıxıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyada fəaliyyət göstərən azərbaycanlı musiqi prodüseri Elmir Məhərrəmov vəfatından qısa müddət əvvəl alkoqol asılılığı və borc problemləri ilə üzləşib.

"Lenta"nın məlumatına görə , bu barədə prodüser Sergey Dvortsov bildirib.

Onun sözlərinə görə, Məhərrəmov müxtəlif tərəfdaşlarından təxminən 5 milyon rubl (təxminən 104 min manat) borc götürüb.

“Onun spirtli içki alüdəçiliyi ilə bağlı problemləri var idi. Ömrünün son ilində çox qapalı insan olmuşdu, az adamla ünsiyyət saxlayırdı”, – deyə Dvortsov əlavə edib.

Elmir Məhərrəmovun vəfat etdiyi barədə məlumat noyabrın 23-də yayılıb. Prodüserin meyiti Moskvanın qərbində aşkarlanıb. İlkin məlumatlara görə, kişi intihar edib və ya bədbəxt hadisənin qurbanı olub.

Elmir Məhərrəmov "Self Made Music", "Archer Music" və "Out of Records" leybllərinə rəhbərlik edib. Həmin leybllər çərçivəsində o, Olqa Buzova, Dima Bilan, Artik & Asti, T'Killah, Alex & Rus, Dashi və digər ifaçılarla əməkdaşlıq edib. O, həmçinin Olqa Buzova və "Artik & Asti"nin musiqi meneceri və konsertlərinin təşkilatçısı kimi fəaliyyət göstərib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti