ABŞ senatoru Prezident İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı TRIPP layihəsinin işə salınması münasibətilə təbrik edib

Siyasət Xəbər 24 Noyabr 2026 10:40 (UTC +04:00)
ABŞ senatoru Prezident İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı TRIPP layihəsinin işə salınması münasibətilə təbrik edib
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

ABŞ senatoru Deyv Makkormik Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin işə salınması münasibətilə təbrik edib.

“Bu gün “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin işə salınması münasibətilə Ağ Evi, Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı təbrik edirəm. TRIPP Azərbaycanda və Ermənistanda ticarətin, nəqliyyatın, enerji və rəqəmsal bağlantıların inkişafına, eləcə də sülhün və rifahın möhkəmləndirilməsinə töhfə verəcək”, - deyə Makkormik “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, noyabrın 23-də TRIPP layihəsinin icrasının praktiki mərhələsinə rəsmi olaraq başlanılıb. Ermənistanın Sünik vilayətində hazırlıq tikinti işlərinə start verilib, həmçinin TRIPP layihəsinin inkişafı üzrə xüsusi şirkət yaradılıb.

“Mən bir daha Baş nazir Paşinyana və onun həmkarı, Azərbaycan Prezidenti İlham Əliyevə bizimlə əməkdaşlığa və bu günü mümkün etdiklərinə görə, eləcə də Nobel Sülh Mükafatına mənim namizədliyimi irəli sürmək kimi alicənab addımlarına görə təşəkkür etmək istərdim”, – ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti