RINA Orta Dəhlizin inkişafında Azərbaycanın strateji mövqeyindən yararlanmağı hədəfləyir

İqtisadiyyat Xəbər 23 Noyabr 2026 13:49 (UTC +04:00)
RINA Orta Dəhlizin inkişafında Azərbaycanın strateji mövqeyindən yararlanmağı hədəfləyir
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

RINA şirkəti Orta Dəhlizin inkişafı çərçivəsində Azərbaycanda nəqliyyat, logistika, enerji və infrastruktur sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu RINA şirkətinin Avropa üzrə enerji kommersiya idarəetməsi direktoru Bitrays Kostanzi (Beatrice Costanzi) bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda deyib.

O bildirib ki, RINA mühəndislik, texniki məsləhət və sertifikatlaşdırma xidmətləri göstərən qlobal şirkətdir. 160 ildən artıq tarixə malik şirkətin dünyanın 70-dən çox ölkəsində 7 min əməkdaşı fəaliyyət göstərir. Şirkətin ötən il üzrə dövriyyəsi təxminən 1,3 milyard avro təşkil edib.

B. Kostanzinin sözlərinə görə, RINA infrastruktur, xüsusilə dəmir yolları, metro və limanlar, enerji, o cümlədən neft-qaz və bərpaolunan enerji, dənizçilik və sənaye sahələrində fəaliyyət göstərir. Şirkət müxtəlif texniki imkanları və beynəlxalq təcrübəni bir araya gətirərək müştərilərinə kompleks həllər təqdim edir.

O qeyd edib ki, Azərbaycan RINA üçün yeni bazar deyil. Şirkət əvvəllər ölkədə, xüsusilə neft-qaz və külək enerjisi sahələrində bir sıra layihələrə dəstək verib və Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir.

"Biz müştərilərimizə layihənin bütün həyat dövrü ərzində dəstək göstərə bilirik. Bu, investisiya ideyasının ilkin mərhələsindən, texniki-iqtisadi əsaslandırma və ilkin mühəndislik işlərindən başlayaraq texniki qiymətləndirmə, layihələndirmə, tikinti, istismara vermə və istismardan çıxarılma mərhələlərini əhatə edir", - deyə o bildirib.

Direktor vurğulayıb ki, RINA dövlət qurumları, operatorlar, tikinti şirkətləri və digər maraqlı tərəflərlə əməkdaşlıq təcrübəsinə malikdir. Bu yanaşma müxtəlif tərəflərin ehtiyaclarını və mövqelərini uzlaşdırmağa, mürəkkəb layihələrin həyata keçirilməsinə imkan yaradır.

O əlavə edib ki, şirkət layihələrə kompleks yanaşır, ayrı-ayrı istiqamətləri təcrid olunmuş şəkildə deyil, bütöv sistem kimi qiymətləndirir və müxtəlif sahələr üzrə mütəxəssislərin bilik və təcrübəsini birləşdirir.

B. Kostanzi hesab edir ki, bu imkanlar Orta Dəhlizin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Orta Dəhliz yalnız nəqliyyat marşrutu deyil, dəmir yolları, limanlar, logistika, enerji və investisiya istiqamətlərinin qarşılıqlı əlaqəli fəaliyyətini tələb edən mürəkkəb sistemdir.

"Azərbaycan bu transformasiyada strateji mövqeyə malikdir. İnanıram ki, RINA beynəlxalq təcrübəsi, müxtəlif sahələri əhatə edən ekspert bilikləri və mürəkkəb layihələri ilkin mərhələdən sonadək müşayiət etmək imkanları ilə bu prosesə töhfə verə bilər", - deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti