Bakı. Trend:
Meksika ordusunun dörd hərbi qulluqçusu Sinaloa ştatında “Beltran Leyva” cinayətkar qruplaşmasının rəhbəri, “Çapo İsidro” ləqəbli Fausto İsidronun saxlanılması əməliyyatı zamanı həlak olub.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, qruplaşma üzvləri rəhbərlərinin ələ keçirilməsinə mane olmaq üçün şiddətli müqavimət göstəriblər. Nəticədə Quasave bələdiyyəsində təhlükəsizliyin gücləndirilməsi məqsədilə bölgəyə göndərilmiş Meksika ordusunun nizami piyada bölmələrinin dörd hərbi qulluqçusu həyatını itirib.
Nazirliyin məlumatına görə, əməliyyat zamanı hücum edən tərəfin yeddi üzvü öldürülüb, səkkiz şübhəli isə saxlanılıb.
