Tramp yaxın silahdaşına prezidentliyə namizəd olmağı təklif edib

Dünya xəbərləri Xəbər 21 Noyabr 2026 11:24 (UTC +04:00)
Tramp yaxın silahdaşına prezidentliyə namizəd olmağı təklif edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Tramp Ağ Evin aparat rəhbəri Stiven Millerə prezidentliyə namizədliyini irəli sürməyi təklif edib.

RBK-nın məlumatına görə, bu barədə Donald Tramp Evdə keçirilən brifinqdə təkliflə çıxış edib

“Hazırda bu otaqda dünyanın ən qüdrətli şəxsi – aparat rəhbəri Stiven Miller də var... O bu iki nəfərdən daha yaxşıdır”, – deyə Tramp yanında dayanan ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vensə işarə edərək bildirib.

Daha sonra o, Millerə müraciət edərək soruşub: “Prezidentliyə namizəd olmaq istəmirsən?”

Qeyd edək ki, Stiven Miller Donald Trampın ən yaxın silahdaşlarından biri və onun sərt immiqrasiya siyasətinin əsas müəlliflərindəndir. O, daha əvvəl Ağ Ev aparat rəhbərinin müavini və milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifələrində çalışıb, həmçinin qeyri-qanuni miqrantların kütləvi deportasiyasının təşkilində mühüm rol oynayıb.

Noyabrın 6-da ABŞ Prezidenti Milleri Ağ Evin aparat rəhbəri təyin edib. O, bu vəzifədə siyasi şöbəyə keçən Syuzi Uaylsı əvəzləyib. Kadr dəyişiklikləri demokratların qalib gəldiyi aralıq seçkilərdən bir neçə gün sonra baş verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti