Bakı. Trend:
“İçərişəhər” metrostansiyasının girişində sərnişin sıxlığı yaranıb.
Trend xəbər verir ki, sıxlıq səbəbindən sərnişinlər metroya daxil olmaqda çətinlik çəkirlər.
Məlumata görə, stansiyanın üç giriş qapısından yalnız biri sərnişinlərin istifadəsi üçün açıqdır.
