Bakı.Trend:
Avropa Komissiyası (AK) Rusiyaya qarşı sanksiyaların 22-ci paketinin hazırlanmasını başa çatdırıb. Paketə 150 fiziki və hüquqi şəxs daxil ediləcək.
"Postimees" qəzetinin məlumatına görə, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna bildirib.
“22-ci sanksiya paketi hazırdır. Buraya daha 150 fiziki və hüquqi şəxs daxil edilib”, – deyə nazir bildirib.
Tsaxknanın sözlərinə görə, hazırlanmış tədbirlər çərçivəsində Rusiyalı döyüşçülər üçün Şengen zonasına girişə tam qadağa tətbiq olunacaq. Bundan əlavə, Aİ ölkələri 2026-cı ilin sonunda Ukraynaya yardım paketi ilə bağlı qərar qəbul edəcəklər.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası sanksiyaların 22-ci paketini noyabrın sonunda təqdim etməyi və ilin sonunadək təsdiqləməyi planlaşdırdığını açıqlamışdı.
Sanksiyalar paketinə ikili təyinatlı texnikanın ixracına yeni qadağalar, banklara, kriptovalyuta platformalarına və tankerlərə qarşı məhdudiyyətlər daxil edilməlidir.
