Somali BƏƏ-nin səfirini ölkədən çıxarır

Dünya xəbərləri Xəbər 20 Noyabr 2026 02:04 (UTC +04:00)

Bakı. Trend:

Somali hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirinə 72 saat ərzində ölkəni tərk etməyi tapşırıb, həmçinin öz səfirini Əbu-Dabidən geri çağırıb.

Bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Somalinin İnformasiya naziri Əbdülfətah Qasim Məhəmməd qərarı Moqadişuda keçirilən mətbuat konfransında açıqlayıb. O, BƏƏ-ni ölkənin daxili işlərinə müdaxilədə və “açıq işğal” həyata keçirməkdə ittiham edib.

BƏƏ Xarici İşlər Nazirliyi isə Somali hakimiyyətinin qərarından təəssüfləndiyini bildirib.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər, xüsusilə BƏƏ-nin Somaliland bölgəsinə dəstəyi və Somali limanları ilə bağlı əməkdaşlığı səbəbindən son dövrlərdə gərginləşib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti