İran ordusu Hörmüzdə 3 neft tankerinin partladığını açıqlayıb

Dünya xəbərləri Xəbər 19 Noyabr 2026 14:56 (UTC +04:00)
İran ordusu Hörmüzdə 3 neft tankerinin partladığını açıqlayıb
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bu gün səhər saatlarından bəri İran ordusunun Hərbi Dəniz Qoşunlarının xəbərdarlıqlarına baxmayaraq Hörmüz boğazından keçməyə cəhd edən 3 neft tankeri boğazın şərq hissəsində minaya düşüb.

Bu barədə İran ordusu məlumat yayıb.

“Sözügedən neft tankerləri GPS sistemlərini söndürərək Hörmüz boğazının qadağan olunmuş şərq hissəsindən keçməyə cəhd edib. Dəniz minalarının partlaması nəticəsində neft tankerlərində yanğın baş verib və tankerlər hərəkətini dayandırıb”, -deyə məlumatda qeyd olunur.

İran ordusu bildirir ki, Hörmüz boğazından hər hansı keçid İran Silahlı Qüvvələri tərəfindən elan olunan qaydalara tabe olmağı tələb edir və lazımi koordinasiya aparılmalı, icazə verilən marşrutları seçməli və radio-izləmə cihazları aktiv saxnalımalıdır. Bu qaydalara riayət olunmadan Hörmüz boğazından keçid dəniz minasının partlaması və yanğının baş verməsi ilə nəticələnəcək.

Qeyd edək ki, bundan öncə də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında 4 milyon bareldən çox xam nefti daşıyan iki böyük neft tankerinin dəniz minasına düşərək partladığını bildirib.

ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti