Bakı. Trend:
Paytaxtın Sabunçu rayonunda iki nəfər polisə müraciət edərək evlərindən ümumi dəyəri 1 690 manat olan məişət əşyalarının oğurlandığını bildiriblər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə əməli törətməkdə şübhəli bilinən A.Qarabəyli, N.Xəlilov, əvvəllər məhkum olunmuş R.Ağayev və F.Rzayev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxslər ev sahiblərinin evdə olmamasından istifadə edərək pəncərələrin dəmir barmaqlıqlarını sındırmaqla oğurluq ediblər. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
