İran ordusu ABŞ PUA-sını vurub

Dünya xəbərləri Xəbər 18 Noyabr 2026 15:44 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazının şərq hissəsində ABŞ-yə məxsus 1 ədəd “MQ-9” Pilotsuz Uçuş Aparatı vurularaq məhv edilib.

Bu barədə İran ordusunun ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

“ABŞ-yə məxsus PUA-ların məhv edilməsi üzrə İran ordusunun hava hücumundan müdafiə qüvvələrinin uğurlu addımlarının davamında ölkənin cənub-şərqində yerləşən hava hücumundan müdafiə qüvvələri yerli təchizatlardan istifadə edərək “MQ-9” PUA-sını vuraraq məhv edib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, İran ordusu ötən gecə Küveytin Əli əl-Salem hərbi hava bazasında ABŞ ordusuna məxsus raket və PUA buraxılış qurğularını və Patriot müdafiə sistemlərini PUA-larla vurduğunu bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti