Ermənistan hərbi xərclərini artırır

Dünya xəbərləri Xəbər 18 Noyabr 2026 14:45 (UTC +04:00)
Ermənistan hərbi xərclərini artırır
Vüqar İsmayılov
Vüqar İsmayılov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan 2027-ci ildə hərbi xərclərini 147,22 milyon dollar artıracaq.

“İnterfaks”ın məlumatına görə, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, gələn il Müdafiə Nazirliyinə 616 milyard dram (1,71 milyard dollar) ayrılması nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə 53 milyard dram (147,22 milyon dollar) çoxdur.

Nazir qeyd edib ki, ayrılacaq vəsait müdafiə qabiliyyətinin artırılması, infrastrukturun inkişafı və silahlı qüvvələrin təminatına yönəldiləcək.

Qeyd edək ki, 2026-cı ildə Ermənistanda müdafiə xərcləri təxminən 16 faiz azaldılaraq 563 milyard dram (təxminən 1,46 milyard dollar) təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti