Türkiyə-Ermənistan sərhədində dəmir yolu xəttinin tikintisi üzrə görülən işlərə baxış keçirilib

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 15:01 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədində dəmir yolu xəttinin tikintisi üzrə görülən işlərə baxış keçirilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin Qars vilayətinin Akyaka rayonunda Türkiyə-Ermənistan sərhədində tikintisi davam etdirilən dəmir yolu xətti üzrə işlərin gedişatına baxış keçirilib.

"Haberturk" portalının məlumatına görə, Akyaka rayonunun icra nümayəndəsi İsmail Dəmirtaş və Qars İl Ümumi Məclisinin sədri Fuat Arslan sərhəd bölgəsinə səfər edərək dəmir yolu xəttində aparılan işlərlə tanış olublar.

Baxış zamanı İsmail Dəmirtaş layihənin hazırkı vəziyyəti, görülən işlər və tikintinin gedişatı barədə podratçı şirkətin nümayəndəsindən məlumat alıb. O, ərazidə aparılan işlərlə yerində tanış olub və məsul şəxslərlə müzakirələr aparıb.

Uzun illərdir fəaliyyət göstərməyən Akyaka Sərhəd-Keçid Məntəqəsinin (Şərq Qapısı) və dəmir yolu xəttinin yenidən istifadəyə verilməsi bölgə sakinlərinin diqqət mərkəzindədir.

Dəmir yolu xəttinin fəaliyyətə başlamasının Akyakanın ticarətinə, iqtisadiyyatına və nəqliyyat əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti