Türkiyədə "Sözcü TV"-də əməliyyat - media qrupun rəhbəri saxlanılıb

Dünya xəbərləri Xəbər 17 Noyabr 2026 09:57 (UTC +04:00)
Türkiyədə "Sözcü TV"-də əməliyyat - media qrupun rəhbəri saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin "Sözcü TV" telekanalının binasında polis əməliyyatı keçirilib.

NTV telekanalı xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun açıqlamasına görə, əməliyyat telekanalın sahibi Burak Akbayın FETÖ/PDY terror təşkilatı ilə əlaqələrinə dair iddialar əsasında həyata keçirilib.

İstintaq materiallarında Akbayın xarici ölkələrdəki bank hesablarından təşkilatın media qanadında fəaliyyət göstərdiyi iddia edilən “Estetik Yayıncılık A.Ş” və “Mega Ajans” şirkətlərinə vəsait köçürdüyü və bu şirkətlər vasitəsilə təşkilatın fəaliyyətini maliyyələşdirdiyi bildirilir.

Bu iddialarla əlaqədar noyabrın 17-də “Estetik Yayıncılık A.Ş”, “Mega Ajans”, SZC TV və Sözcü qəzetinin yerləşdiyi ünvanlarda eyni vaxtda axtarış aparılması, əmlakın müsadirə edilməsi və dörd nəfərin saxlanılması barədə qərar verilib.

Saxlanılanlar arasında "Sözcü" Media Qrupunun İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı, keçmiş baş direktor Asım Akgül, İsmail Öz və Yonca Yücekaleli var.

Prokurorluğun məlumatına görə, istintaqa Burak Akbay barəsində əvvəlki məhkəmə prosesi zamanı maliyyə fəaliyyətinin araşdırılması ilə bağlı daxil olmuş məlumat əsasında başlanılıb. Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatları da araşdırmaya cəlb edilib.

Sözcü Media Qrupunun vəkili Ersan Barkın bildirib ki, qəyyum təyin edilməsi qərarı hələlik yalnız Sözcü TV və Sözcü.com.tr saytını əhatə edir. Sözcü, Tavır və Korkusuz qəzetlərinə münasibətdə belə bir qərar qəbul edilməyib.

Vəkil həmçinin axtarışın əvvəllər Ali Məhkəmənin cinayət tərkibinin olmadığını təsdiqlədiyi iş üzrə aparıldığını iddia edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti