Bakı. Trend:
Amerikanın “Nvidia” korporasiyasının direktorlar şurası şirkətin keçmiş baş direktoru Censen Huanqın yenidən bu vəzifəyə qaytarılmasını müzakirə etmir.
Bu barədə "CNBC" telekanalı mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, direktorlar şurasının hazırda diqqəti Censen Huanq ilə bağlı aparılan araşdırmaya yönəlib. Onun şirkət rəhbərliyinə qayıtması məsələsi isə gündəlikdə deyil.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Censen Huanqın “Nvidia”nın baş direktoru vəzifəsinə qaytarılmasına etiraz etməyəcəyini bildirmişdi.
Qeyd edək ki, noyabrın 12-də Huanq Çinə casusluqda şübhəli bilinən qadınla münasibətləri ətrafında yaranmış qalmaqal fonunda “Nvidia”nın baş direktoru və prezidenti vəzifələrindən, eləcə də şirkətin direktorlar şurasındakı üzvlüyündən istefa verib. Şirkətin maliyyə direktoru Kolet Kress müvəqqəti baş direktor təyin edilib.