Qazaxıstan toyuq yumurtasının idxalını qadağan edib

Dünya xəbərləri Xəbər 16 Noyabr 2026 10:43 (UTC +04:00)
Qazaxıstan toyuq yumurtasının idxalını qadağan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi bütün ölkələrdən, o cümlədən Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərdən respublikaya toyuq yumurtasının idxalını yenidən qadağan edib. Müvafiq qərara əsasən, qadağa iki ay müddətində – 2027-ci il yanvarın ortalarınadək qüvvədə olacaq.

Bu barədə TASS məlumat yayıb.

Qazaxıstanın normativ hüquqi aktlarının onlayn məlumat bazasında dərc olunan əmrə əsasən, sənəd noyabrın 12-də imzalanıb və artıq qüvvəyə minib.

Oxşar qadağalar 2025-ci ildə, eləcə də cari ildə dəfələrlə tətbiq edilib. Sonuncu dəfə 2026-cı ilin aprelində yumurta idxalına məhdudiyyət qoyulub və bu qadağa altı ay qüvvədə olub. Məhdudiyyətin tətbiqi yerli istehsalçıların dəstəklənməsi zərurəti ilə əsaslandırılır.

Qadağa Qazaxıstan ərazisindən tranzit daşımalarına, eləcə də əmr qüvvəyə minənədək gömrük prosedurları altında yerləşdirilmiş və ya artıq faktiki olaraq Qazaxıstana idxal edilmiş toyuq yumurtası partiyalarına şamil edilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti