Kuşner Ukrayna münaqişəsinin nizamlanmasına dair yeni ideyaların ortaya çıxdığını bildirib

Dünya xəbərləri Xəbər 15 Noyabr 2026 01:37 (UTC +04:00)
Kuşner Ukrayna münaqişəsinin nizamlanmasına dair yeni ideyaların ortaya çıxdığını bildirib

Bakı. Trend:

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya, Ukrayna və Avropa təmsilçiləri ilə aparılan son müzakirələr zamanı Ukrayna münaqişəsinin nizamlanmasına dair yeni ideyaların ortaya çıxdığını bildirib.

C.Kuşner bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, müzakirələr zamanı bir neçə yeni ideya ortaya çıxıb və hazırda onlar ətrafında fikir mübadiləsi aparılır: “Bunlardan bəziləri birbaşa irəliləyişə səbəb ola, digərləri isə mövcud fikir ayrılıqlarını aradan qaldırmağa kömək edəcək yeni təkliflərə çevrilə bilər".

Xəbər lenti

Xəbər lenti