İtaliya "Meta"nı cərimələyib

Dünya xəbərləri Xəbər 14 Noyabr 2026 19:33 (UTC +04:00)
İtaliya "Meta"nı cərimələyib

Bakı. Trend:

İtaliya "Meta"nı 805 milyon avro məbləğində cərimələyib.

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi “Meta"nın “Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə bu addımı atıb.

İddia edilir ki, şirkət istifadəçilərə şəxsi qalereyalarından kontent paylaşmağı təklif edən "Facebook" tətbiqinin funksiyası vasitəsilə fayllara giriş əldə edib.

“Meta" bu barədə təkzib bəyan etsə də, əlavə şərh verməyib.

Xəbər lenti

Xəbər lenti