Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı Samir Əhmədov vəfat edib.
Bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin böyük mütəxəssisi Samir Əhmədov ürək tutması nəticəsində dünyasını dəyişib.
Agentlik əməkdaşın vəfatından kədərləndiyini bildirib və onun doğmalarına başsağlığı verib.
