Bakı. Trend:
ABŞ-nin Luiziana ştatının Yeni Orlean şəhərində tanker kruiz gəmisi ilə toqquşub.
Hadisə Yeni Orlean limanı yaxınlığında baş verib.
Kruiz gəmisinin göyərtəsində təxminən 150 nəfər olub.
Hazırda hadisə yerində fövqəladə hallar xidmətlərinin əməkdaşları qəza-xilasetmə işləri aparırlar.
Toqquşmanın səbəbləri və mümkün xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
