Azərbaycanda yanvar-oktyabr aylarında sənaye istehsalının həcmi 58,5 milyard manat təşkil edib

İqtisadiyyat Xəbər 13 Noyabr 2026 14:39 (UTC +04:00)
Azərbaycanda yanvar-oktyabr aylarında sənaye istehsalının həcmi 58,5 milyard manat təşkil edib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye istehsalının həcmi 58,5 milyard manat təşkil edib.

Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

“Sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz az sənaye məhsulu istehsal edilib. Emal sənayesində 2026-cı ilin yanvar-oktyabr aylarında 18.995,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib",-deyə məlumatda vurğulanır.

Qeyd olunur ki, emal sənayesində 2026-cı ilin yanvar-oktyabr aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+77,2%), toxuculuq sənayesi (+50,9%), əczaçılıq məhsullarının istehsalı (+47,4%), tütün məmulatlarının istehsalı (+15,1%), kağız və karton istehsalı (+14,6%), elektrik avadanlıqlarının istehsalı (+9,2%), rezin və plastik kütlə məmulatlarının istehsalı (+6,6%), metallurgiya sənayesi (+6,4%), qida məhsullarının istehsalı (+5,4%), tikinti materiallarının istehsalı (+4,5%) sahələrində olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti