Tehranda Təhsil Nazirliyi də daxil olmaqla 6 qurumun qazı kəsilib

Dünya xəbərləri Xəbər 13 Noyabr 2026 15:07 (UTC +04:00)
Tehranda Təhsil Nazirliyi də daxil olmaqla 6 qurumun qazı kəsilib
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

İranın paytaxtı Tehranda Təlim və Təhsil Nazirliyi, eyni zamanda daha 5 dövlət qurumunun binasının qaz təchizatı dayandırılıb.

İranın Neft Nazirliyinin məlumatına görə, bunu ölkənin Tehran Qaz Şirkətinin icra direktoru Əlirza Əvani deyib.

“İranın Təlim-Təhsil Nazirliyinin binası, Təlim-Təhsil Nazirliyinin aidiyyəti üzrə müavinlik binası, İranın Statistika Mərkəzinin binası, Sosial Təminat Təşkilatının 1-ci departamentinin binası, “Tosee Taavon” Bankının binası və İranın Mədəniyyət və İslami İrşad Nazirliyi nəzdində Mədəniyyət Tədqiqatı Mərkəzinin binasının qaz təchizatı dayandırılıb.

Sözügedən dövlət qurumlarının binalarında qeyri-iş günündə istilik sistemləri söndürülməyib və istilik cihazları istilik üçün nəzərdə tutulan hava temperaturuna uyğun olmayıb”, - deyə o bildirib.

Şirkət rəsmisinin sözlərinə görə, halbuki İranın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, dövlət idarələrində hava temperaturu 18 dərəcə üzərində tənzimlənməli və qeyri-iş günlərində istilik cihazları söndürülməlidir. 12 noyabrda idarələrin qeyri-iş vaxtında dövlət idarələrinin binalarına baxış keçirilib və xəbərdarlıqlara baxmayaraq bəzi dövlət binalarında istilik sistemlərinin işlək vəziyyətdə olduğu və uyğun temperatura tənzimlənmədiyi müəyyən edilib.

Əvani əlavə edib ki, Tehran vilayətində qaz istehlakı ciddi şəkildə artmaqdadır. Belə ki, 11 noyabrda Tehranda qaz istehlakı 98 milyon kubmetrdən çox olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti