Kremlin tələbləri: Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın

Dünya xəbərləri Xəbər 13 Noyabr 2026 15:48 (UTC +04:00)
Kremlin tələbləri: Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Moskva Ukraynada müharibənin dayandırılması ilə bağlı qeyri-rəsmi danışıqlar çərçivəsində Avropanın təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsinə dair genişmiqyaslı tələblər irəli sürüb. Rusiya tərəfinin təklifləri Əbu-Dabidə keçirilən danışıqlarda Avropa nümayəndələrinə də təqdim olunub.

Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya Finlandiyanın NATO-dan çıxmasını, alyansın isə Estoniya, Latviya və Litvada hərbi bazalar yerləşdirməkdən imtina etməsini tələb edir.

Moskva, həmçinin Ukraynanın işğal olunmuş əraziləri üzərində nəzarətini saxlamaqda və Kiyevin nəzarətində olan Donetsk və Luqansk vilayətlərinin əraziləri də daxil olmaqla, bütün Donbasın Rusiyaya verilməsində israr edir.

Ehtimal olunan plana əsasən, Ukrayna bloklara qoşulmamaq statusu almalı və NATO-ya üzvlük niyyətindən imtina etməlidir. Bununla belə, ölkənin Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü istisna edilmir. Bundan əlavə, Odessa və Nikolayev limanlarının demilitarizasiyası, Qara və Baltik dənizlərində gəmiçilik azadlığının təmin edilməsi təklif olunur.

Tələblər Moldovaya da şamil edilir. Rusiya Qaqauziya və Dnestryanı bölgənin iştirakı ilə ölkənin federasiyaya çevrilməsini təklif edir. Moldovanın Aİ-yə üzv olması halında həmin bölgələrə müstəqilliklə bağlı referendum keçirmək hüququnun verilməsi nəzərdə tutulur.

“Bild”in məlumatına görə, bunun müqabilində Moskva Belarusdan nüvə silahlarını çıxarmağa, orada orta mənzilli raketlər yerləşdirməkdən imtina etməyə və Rusiya qoşunlarını Dnestryanı bölgədən çıxarmağa hazırdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti