AZAL-ın Qəbələdəki mərkəzində 17 pilot hazırlanaraq aviaşirkətə təhvil verilib

İqtisadiyyat Xəbər 12 Noyabr 2026 16:35 (UTC +04:00)
AZAL-ın Qəbələdəki mərkəzində 17 pilot hazırlanaraq aviaşirkətə təhvil verilib
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Hava Yolları"nın (AZAL) Qəbələdə yerləşən Uçuş Heyətinin Hazırlığı Mərkəzində 2024-cü ildən indiyədək 17 pilot hazırlanaraq sərnişin aviaşirkətinə təhvil verilib.

Trend-in Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu mərkəzin rəis müavini Seymur Quliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Uçuş Heyətinin Hazırlığı Mərkəzi 2024-cü ildə təlim təşkilatı statusu əldə edib. Bu status yerli pilot kadrlarının hazırlanması imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

S.Quliyev bildirib ki, hazırda Qəbələ Beynəlxalq Hava Limanında 41 stajor pilot təlim keçir.

"Mərkəzin hava gəmiləri parkında 5 ədəd "Cessna" tipli təyyarə var. İlin sonunadək daha bir belə hava gəmisinin gətirilməsi planlaşdırılır", - rəis müavini bildirib.

O qeyd edib ki, hava gəmilərinin sayının artırılması təlim imkanlarını genişləndirəcək və yerli pilot kadrlarının hazırlanmasına töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti