İran iki ildə bərpa olunan enerji gücünü 6150 MVt-a çatdırdı – Pezeşkian

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 23:40 (UTC +04:00)
İran iki ildə bərpa olunan enerji gücünü 6150 MVt-a çatdırdı – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

İranda bərpa olunan enerji mənbələrinin (BEM) quraşdırılmış gücü son iki ildə 1 250 meqavatdan 6 150 meqavatdan çoxa yüksəlib.

Bu barədə çərşənbə günü ölkə Prezidenti Məsud Pezeşkian BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sanksiya təzyiqlərinə, maliyyə resurslarına və beynəlxalq texnologiyalara çıxışın məhdud olmasına baxmayaraq, İran karbon emissiyalarının azaldılması və təmiz enerjinin inkişafı istiqamətində tədbirləri həyata keçirməyə davam edir.

Pezeşkian qeyd edib ki, cari ildə təmiz enerji mənbələrindən elektrik enerjisi istehsalının həcmi 4,5 milyard kilovat-saatı ötüb. Bu isə atmosferə təxminən 25 milyon ton karbon qazının atılmasının qarşısını almağa imkan verib.

"Bu göstəricilər sübut edir ki, İran ən çətin iqtisadi şəraitdə və müharibə dövründə belə iqlimin qorunması ilə bağlı milli öhdəliklərindən imtina etməyib", – deyə prezident vurğulayıb.

O, həmçinin beynəlxalq təşkilatları dövlətlərin sülh dövründə iqlimlə bağlı öhdəlikləri ilə hərbi əməliyyatların ekoloji nəticələrinə görə məsuliyyəti arasında daha sıx əlaqənin təmin edilməsinə çağırıb.

Pezeşkianın fikrincə, beynəlxalq ictimaiyyət hərbi əməliyyatlar nəticəsində ətraf mühitə vurulan zərəri sənədləşdirməli və qiymətləndirməli, eləcə də kompensasiya mexanizmləri hazırlamalıdır.

Sonda prezident İranın ətraf mühitin mühafizəsi sahəsində ədalətli beynəlxalq əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti