Azərbaycan şahmatçısı Avropa çempionu olub

İdman Xəbər 11 Noyabr 2026 22:58 (UTC +04:00)
Azərbaycan şahmatçısı Avropa çempionu olub

Bakı. Trend:

Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində təşkil olunan 8-18 yaşadək yeniyetmələr arasında Avropa çempionatında VIII turun partiyaları keçirilib.

18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova hesabat turunda Polşa şahmatçısı Klara Şzotkanı məğlub etməklə fenomenal nəticə göstərib. Bu, Abdinovanın qitə çempionatında ardıcıl 8-ci qələbəsi olub. Bütün görüşlərini qələbə ilə başa vuran Nərmin Abdinova sabah baş tutacaq IX turun nəticəsindən asılı olmayaraq Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, Avropa çempionatında U-18 kateqoriyasında sonuncu qızıl medalı 2014-cü ildə Batumidə Ülviyyə Fətəliyeva qazanıb.

Avropa çempionatına sabah yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti