İmran Xan yenidən həbsxanaya göndərilib

Dünya xəbərləri Xəbər 11 Noyabr 2026 11:53 (UTC +04:00)
İmran Xan yenidən həbsxanaya göndərilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pakistanın keçmiş baş naziri - “Ədalət Uğrunda Hərəkat” (DZS) partiyasının qurucusu İmran Xan tibbi müalicə aldıqdan sonra yenidən həbsxanaya qaytarılıb.

Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Ona göstərilən tibbi yardımın təfərrüatları açıqlanmayıb.

Daha əvvəl Ali Məhkəmə səhhəti ilə əlaqədar korrupsiya ittihamı ilə həbsdə olan İmran Xanın həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar qəbul edib. Məhkəmə, həmçinin, hakimiyyət orqanlarına keçmiş baş nazirin tibbi sənədlərinin tam şəkildə təqdim olunmasını tapşırıb və “Ədalət Uğrunda Hərəkat” partiyasından məsələni siyasiləşdirməməyi xahiş edib.

İmran Xan 2018–2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə ona qarşı irəli sürülən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

Siyasətçi 2023-cü ildən korrupsiya ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Həyat yoldaşı Buşra Bibi də eyni ittihamla 7 il müddətinə həbs cəzası alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti