Türkiyədə dəmir-polad zavodunda partlayış baş verib - ölən və yaralılar var

Dünya xəbərləri Xəbər 9 Noyabr 2026 15:03 (UTC +04:00)
Türkiyədə dəmir-polad zavodunda partlayış baş verib - ölən və yaralılar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən "HABAŞ" dəmir-polad zavodunda partlayış baş verib.

Bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Partlayışdan sonra zavodun ərazisində yanğın başlayıb və ərazidən güclü tüstü yüksəlib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.

TRT müxbirinin məlumatına görə, partlayış karbon qazının doldurulması məntəqəsində baş verib və zavoda ciddi ziyan dəyib. Hadisə nəticəsində ölən və yaralanan işçilərin olduğu bildirilir.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib

Məqalədə:

Xəbər lenti

Xəbər lenti