Ağcabədi. Trend:
Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada ağır xəsarət alıb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində
qeydə alınıb.
Belə ki, Ağdam rayon sakini Şirinov Elxan Ələkbər oğlu idarə etdiyi
“Mercedes” markalı avtomobillə Hindarx qəsəbə sakini, 1988-ci il
təvəllüdlü Elmin Rüstəmovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra o, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
