"Barselona" "Atletiko Madrid"i məğlub edib - İspaniya La Liqası

İdman Xəbər 9 Noyabr 2026 02:33 (UTC +04:00)

Bakı. Trend:

“Barselona” futbolçuları İspaniya La Liqasının 12-ci turu çərçivəsində keçirilən matçda “Atletiko”nu 2:1 hesabı ilə məğlub ediblər. Qarşılaşma Madriddə baş tutub.

Qaliblərin heyətində hər iki qolu Fermin Lopes (45-ci və 66-cı dəqiqələrdə) vurub. Məğlub komandanın heyətində isə Culiano Simeone (10-cu dəqiqə) fərqlənib.

“Barselona” xallarının sayını 33-ə çatdıraraq turnir cədvəlinə başçılıq edir. “Atletiko” çempionatda ardıcıl yeddi qələbədən ibarət seriyasını dayandırıb və 28 xalla 3-cü pillədə qalıb. İkinci yerdə 30 xala malik Madrid “Real”ı qərarlaşıb. Bu komanda cari çempionatda kataloniyalıların yeganə məğlubiyyətinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti