BMT-nin Baş katibi Polşanın Krakov şəhərində baş verən atışmanı pisləyib

Dünya xəbərləri Xəbər 9 Noyabr 2026 00:48 (UTC +04:00)
BMT-nin Baş katibi Polşanın Krakov şəhərində baş verən atışmanı pisləyib

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Polşanın Krakov şəhərində altı nəfərin ölümü ilə nəticələnən atışmanı kəskin şəkildə pisləyib.

Bu barədə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

“Baş katib dünən Polşanın Krakov şəhərinin əsas meydanında baş vermiş, nəticədə altı nəfərin həlak olduğu və çox sayda insanın yaralandığı kütləvi atışmadan dərindən sarsılıb və kədərlənib. O, bu mənasız zorakılıq aktını kəskin şəkildə pisləyir, həlak olanların ailələrinə, eləcə də Polşa xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir. Həmçinin xəsarət alanların tezliklə və tam sağalmalarını arzulayır”, – deyə jurnalistlərə yayılan məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti