Bakı. Trend:
“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında məhsuldar ötürmələrin sayına görə yeni rekorda imza atıb.
İngiltərəli futbolçu cari mövsümün ilk doqquz turunda səkkiz məhsuldar ötürmə ilə yadda qalıb. 2004/2005 mövsümündən etibarən ətraflı statistikanın aparıldığı Bundesliqada heç bir futbolçu ilk doqquz oyunda bu qədər assist etməyib.
Beləliklə, 33 yaşlı hücumçu əvvəlki iki mövsümdəki şəxsi rekordunu artıq indidən təkrarlayıb. Keyn həm 2023/2024, həm də 2024/2025 mövsümlərində Bundesliqada ümumilikdə səkkiz məhsuldar ötürmə verib.
2023-cü ildə İngiltərənin “Tottenhem” klubundan “Bavariya”ya transfer olunan futbolçu Almaniya çempionatında təkcə qolları ilə deyil, komanda yoldaşlarına yaratdığı qol imkanları ilə də fərqlənir.
