Parisdə həyat bahalılığına qarşı etirazlarda 46 minə yaxın insan iştirak edib

Dünya xəbərləri Xəbər 7 Noyabr 2026 23:17 (UTC +04:00)
Müzəffər İbrahimov
Müzəffər İbrahimov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə həyat bahalılığına qarşı kütləvi etiraz aksiyaları davam edir.

Bugünkü aksiyada 46 minə yaxın etirazçı iştirak edib. Nümayişə həmkarlar ittifaqlarının, tələbə və gənclər təşkilatlarının nümayəndələri də qoşulublar. Paralel olaraq, “Sarı jiletlər” hərəkatının tərəfdarları ayrıca aksiya keçirməyi planlaşdırsalar da, hökumət bu nümayişi qadağan edib.

İctimai təhlükəsizliyin təmin olunması məqsədilə ölkə üzrə təxminən 70 min polis və jandarm əməkdaşı səfərbər edilib. Parisdə ictimai nəqliyyatın fəaliyyətinə də məhdudiyyətlər tətbiq olunub, bir sıra metro stansiyaları bağlanıb.

Qeyd edək ki, Fransada kütləvi etirazlar sentyabrın ortalarında təhsil müəssisələrindəki vəziyyətdən narazı olan məktəblilərin aksiyaları ilə başlayıb. Sonradan qiymət artımına və həyat səviyyəsinin aşağı düşməsinə etiraz edən vətəndaşlar da hərəkata qoşulublar.

Ən genişmiqyaslı aksiya oktyabrın 17-də keçirilib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin gün təxminən 550 min nəfər küçələrə çıxıb.

Əvvəlki nümayişlər zamanı polis və etirazçılar arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan, səs qumbaralarından və su şırnaqlarından istifadə ediblər.

Xəbər lenti

Xəbər lenti