Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək - Mask

Dünya xəbərləri Xəbər 7 Noyabr 2026 09:33 (UTC +04:00)
Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək - Mask

Bakı. Trend:

“SpaceX” şirkətinin təsisçisi İlon Mask hesab edir ki, gələcəkdə süni intellekt insanın bütün ehtiyaclarını, o cümlədən səhiyyə sahəsindəki tələbatını ödəmək imkanına malik olacaq.

O, bu barədə amerikalı investor Ron Baronla müsahibəsində bildirib.

Maskın sözlərinə görə, superintellekt bəşəriyyətin bütün ehtiyaclarını təmin edəcək, insanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq və səhiyyə xidmətlərinin səviyyəsi indiki ən qabaqcıl imkanları belə geridə qoyacaq.

Sahibkar qeyd edib ki, belə bir inkişaf Yer kürəsinin iqtisadi sistemini köklü şəkildə dəyişdirəcək. Onun fikrincə, gələcəkdə ənənəvi pul sistemi öz əhəmiyyətini itirə, valyutanın dəyəri isə kütlə və enerji kimi fiziki göstəricilərlə ölçülə bilər.

Xəbər lenti

Xəbər lenti