Bakı. Trend:
Oğuz şəhərində təmir işləri görən şəxs vəfat edib.
Trend-in məlumatına görə, hadisə noyabrın 5-də şəhərin Heydər Əliyev prospektində yerləşən evdə baş verib.
Oğuz şəhər sakini Ramiz Kazım oğlu Əhmədov həmin evdə təmir-suvaq işləri görərkən ürək xəstəliyi ilə əlaqədar vəfat edib.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.
