Bakı. Trend:
Britaniyalı aktyor və komediyaçı Rassel Brand bir qadını zorlamada və daha üç qadına cinsi təcavüz etməkdə təqsirli bilinib.
"The Guardian"ın yaydığı məlumata görə, Londondakı Sautvork Kral Məhkəməsində keçirilən dörd həftəlik prosesdə andlılar Brandı dörd qadına qarşı törədilmiş dörd cinayət epizodu üzrə təqsirli hesab edib. O, iki zorlama və bir cinsi xarakterli nalayiq hücuma cəhd ittihamı üzrə bəraət alıb.
Hakim bildirib ki, Brandı uzunmüddətli həbs cəzası gözləyir. O, hökm elan edilənədək həbsdə saxlanılacaq. Cəzanın noyabrın 9-da açıqlanacağı bildirilib.
Qeyd edək ki, Brand ittihamları rədd edib və bəzi halların qarşılıqlı razılıq əsasında baş verdiyini iddia edib. Bundan başqa, o, daha iki zorlama iddiası üzrə istintaq altındadır. London polisi həmin işlərlə bağlı materialları prokurorluğa təqdim edib.