Ərdoğan Zəfər Günü Azərbaycana gələcək

Siyasət Xəbər 5 Noyabr 2026 12:55 (UTC +04:00)
Ərdoğan Zəfər Günü Azərbaycana gələcək
Aysel Məmmədli
Aysel Məmmədli
Redaktor Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycana səfər edəcək.

"Anadolu" agentliyinin məlumatına görə, Türkiyə Prezidenti bu barədə Cənubi Koreyadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

"Noyabrın 8-də Azərbaycanın Zəfər Günü qeyd olunacaq. Mən də fövqəladə bir vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi düşünürəm. İnşallah, bu səfər çərçivəsində lazımi addımları atmaq imkanımız olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevlə artıq telefon danışığım olub. Təbii ki, bu müddətdə həm Kəşfiyyat İdarəsinin rəhbərini, həm də xarici işlər nazirimi Azərbaycana göndərmişəm.

Hər zaman deyirəm ki, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan çox-çox irəli gedir. İki ölkənin qırılmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, taleyimizin və gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir maneə yoxdur", - Ərdoğan qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti