AMB və "Binance" Azərbaycanda kriptoaktivlərin tənzimlənməsini müzakirə edib (FOTO)

İqtisadiyyat Xəbər 5 Noyabr 2026 13:21 (UTC +04:00)
AMB və "Binance" Azərbaycanda kriptoaktivlərin tənzimlənməsini müzakirə edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və “Binance” şirkəti arasında ölkədə kriptoaktivlər üzrə tənzimləmə çərçivəsinin inkişafı müzakirə edilib.

Bu barədə AMB məlumat yayıb.

Məlumata əsasən, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov “Binance” şirkətinin Mərkəzi və Şərqi Avropa, MDB və Afrika regionları üzrə regional rəhbəri Kirilo Xomyakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı kriptoaktivlər üzrə tənzimləmə çərçivəsinin inkişafı, xüsusi tənzimləmə rejimində kriptoaktivlərlə əlaqəli innovativ məhsulların sınaqdan keçirilməsi, real aktivlərin tokenləşdirilməsi imkanları və bu sahələrdə digər ölkələrin təcrübələri müzakirə olunub.

Görüşdə həmçinin qeyd olunan təşəbbüslərdə “Binance” şirkəti ilə əməkdaşlığın mümkün istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Binance” 2017-ci ildə yaradılmış beynəlxalq kriptovalyuta birjasıdır. Şirkət istifadəçilərə kriptovalyutaların alqı-satqısı və mübadiləsi, eləcə də rəqəmsal aktivlərlə bağlı digər xidmətlər təqdim edir. "Binance" müxtəlif ölkələrdə fəaliyyət göstərir. Şirkət dünyanın ən böyük kriptovalyuta birjalarından biri hesab olunur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti