Braziliyada tornado aeroportu viran qoydu (VİDEO)

Dünya xəbərləri Xəbər 5 Noyabr 2026 13:25 (UTC +04:00)
Braziliyada tornado aeroportu viran qoydu (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Braziliyanın Santa-Katarina ştatında güclü fırtınalar, o cümlədən iki tornado baş verib.

Bu barədə CNN Milli Meteorologiya İnstitutunun (Inmet) məlumatlarına istinadən xəbər verib.

Təbii fəlakət ölkənin cənubunda yerləşən Şapeko şəhərinin infrastrukturuna ciddi ziyan vurub. Belə ki, noyabrın 4-də tornado yerli Serafin Enos Bertaso hava limanında dağıntılara səbəb olub.

Küləyin sürəti saatda 126 kilometrə çatan tornado hava limanının terminalında və əsas zalında pəncərələri sındırıb, binanın fasadının bir hissəsini dağıdıb və terminala giriş hissəsinin çökməsinə səbəb olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti