AAYDA sürücülərə Qaradağ rayonunda aparılacaq təmirlə bağlı xəbərdarlıq edib

Cəmiyyət Xəbər 4 Noyabr 2026 21:23 (UTC +04:00)
AAYDA sürücülərə Qaradağ rayonunda aparılacaq təmirlə bağlı xəbərdarlıq edib

Bakı. Trend:

5 noyabr saat 08:00-dan etibarən Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində iki ünvanda təmir işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar qeyd olunan ünvanlarda nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən hərəkət zamanı diqqətli olmaları, yol nişanlarının tələblərinə əməl etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Xəbər lenti

Xəbər lenti