İsmayıllıda avtomobilin vurduğu piyada ölüb

Hadisə Xəbər 4 Noyabr 2026 10:01 (UTC +04:00)
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı rayonunda avtomobilin vurduğu 56 yaşlı piyada hadisə yerində ölüb.

Trend-in məlumatına görə, hadisə noyabrın 3-də saat 19 radələrində Muğanlı–İsmayıllı yolunun rayonun Tircan kəndi ərazisindən keçən hissəsində baş verib.

İlqar Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən piyada Oruc Səfərovu vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti