Bakı. Trend:
“Ziraat Bank Azərbaycan” ASC-nin 15 milyon manat dəyərində istiqrazları dövlət qeydiyyatına alınıb.
Bu barədə qiymətli kağızların dövlət qeydiyyatına alınmasına dair məlumatda qeyd olunub.
Bildirilib ki, bankın hər birinin nominal dəyəri 100 manat olan 150 min ədəd istiqrazı emissiya edilib. İstiqrazların ümumi nominal dəyəri 15 milyon manat təşkil edir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdirilib və 1 oktyabr 2026-cı il tarixində dövlət qeydiyyatına alınıb.
Bank Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlayıb.
Bank üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası ASC, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Teknoloji ASC və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler ASC-dir.
